Rusiyada miqrantlarla bağlı növbəti QADAĞA: Bu işlə məşğul ola bilməyəcəklər


Rusiya ərazisində miqrantların taksi sürücüsü kimi işləməsinə qadağa qoyulması təklif edilib.

Turkustan.az "Abzats"a istinadən xəbər verir ki, bu təklifi Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev irəli sürüb.

"İctimai nəqliyyatın, o cümlədən taksilərin işinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Belə qadağanın Rusiyanın bütün ərazisinə yayılmasına ehtiyac var. İlk növbədə, təhlükəsizlik üçün", - deyə deputat bildirib.

Matveyevin sözlərinə görə, qadağa Rusiya pasportu almış miqrantlara təsir etməyəcək: "Bundan başqa, Qırğızıstan, Qazaxıstan və Ermənistan vətəndaşları bu ölkələrlə Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə bağlandığı üçün taksi sürücüsü kimi işləyə biləcəklər"./publika.az


MANŞET XƏBƏRLƏRİ