ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinin ABŞ-ın hücumları nəticəsində dağıdıldığını bəyan edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə obyektlərini hədəf alan hücumları ilə bağlı yeni açıqlama verib. “Truth Social” sosial media platformasında paylaşılan mesajda Tramp İranın xarici işlər naziri Abbas Arakçinin Tehranın nüvə obyektləri ilə bağlı açıqlamasına istinad edərək: “Zərər çox ciddidir, onlar məhv edilib” deyib. O, əlavə etdi: "Əlbəttə! Necə ki, dedim. Lazım gələrsə, yenə də edəcəyik".
ABŞ-da yerləşən CNN xəbər kanalının ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının Tehranın nüvə silahı istehsal etmək qabiliyyətinə tam mane olmadığını bildirdiyini xatırladan Tramp: “Saxta xəbəri yayan CNN dərhal yalançı “müxbirini” işdən çıxarmalı, məndən və İranın nüvə obyektlərini “dağıdan” gözəl pilotlardan üzr istəməlidir” deyib.
Aytən Yaşar/ Turkustan.az