ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonda İsrailin müdafiə naziri İsrael Katz ilə görüşüb. Nazirlər görüşdən əvvəl birgə açıqlama veriblər.
Turkustan.az yerli mətbuata istinadən xəbər verir ki, Heqset İsrailin yanında olduqlarını bəyan edib.
"Bölgəni və dünyanı dəyişdirən, İsrailin nümunəvi müttəfiq olduğunu sübut edən, təhdidləri dərk edən, ölkənizdə baş verən hadisələrə müdaxilə etmək qabiliyyətinə malik olan və birgə təhlükəsizlik problemlərimizi tanıyan yanaşmanızı yüksək qiymətləndirirəm”, - o bildirib.
Amerikalı nazir iyunun 22-də ABŞ-ın İrana qarşı hücumları zamanı 3 nüvə obyektinin məhv edildiyini iddia edib:
“Bu, təkcə nüvə obyektlərinə deyil, dünyaya da bir mesaj idi. İsrail və ABŞ-ın hərəkətləri bölgəni yenidən formalaşdırır və böyük imkanlar yaradır. Buna görə də biz İsrailin yanındayıq və onun özünümüdafiə hüququnu gücləndirmək əzmindəyik. Bu, yeni imkanlar, müdafiə sistemləri və ya davamlı sülh şəklində ola bilər". /publika.az/