Ukraynanın müdafiə istehsalı tammiqyaslı müharibə başlayandan bəri 35 dəfə artıb və cəbhədəki bütün silahların 40%-ni təşkil edir.
Turkustan.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıxal keçmiş strateji sənaye naziri German Smetanin və Strateji Sənaye Nazirliyinin komandası ilə işgüzar görüşdən sonra Telegram -da bildirib .
"Ukrayna silahlarının istehsalının artırılması müdafiə sahəsində əsas prioritetdir", - Şmihal vurğulayıb.
O, müdafiə istehsalı sahəsində əldə etdikləri nailiyyətlərə görə Strateji Sənaye və Ticarət Nazirliyinin komandasına təşəkkür edib və Ukraynanın daha da inkişaf etmək üçün potensiala malik olduğunu vurğulayıb.
"Biz genişmiqyaslı müharibə başlayandan bəri istehsalı əhəmiyyətli dərəcədə artırmışıq — 35 dəfə. Bizim göstəriciləri artırmaq üçün potensialımız var", - müdafiə naziri qeyd edib.
Aytən Yaşar/ Turkustan.az