ABŞ-dən İran, Rusiya və Çinə XƏBƏRDARLIQ


ABŞ İranın Hörmüz boğazını blokadaya almasından sonra tətbiq edilən Rusiya neftinin satışına icazəni yeniləməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

O bildirib ki, Vaşinqton həmçinin İran nefti ilə bağlı mövqeyini sərtləşdirəcək:

“ABŞ Çinin İran neftini almağı dayandıracağına ümid edir. Artıq iki Çin bankı bu barədə xəbərdarlıq alıb”.

Bundan əlavə, ABŞ İrandan neft aldıqlarına və ya vəsaitlərini banklarında saxladıqlarına görə digər ölkələri də sanksiyalarla hədələyib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ