İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!


Tehran ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra daha sərt mövqe tutub.

Turkustan.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) qəzetində yayımlanan məqalədə deyilir.

Bildirilib ki, amerikalılar üçün İran hakimiyyəti pisə doğru dəyişib.

“ABŞ İrana qarşı hərbi əməliyyata başlayaraq yüksək vəzifəli şəxslərinin öldürülməsinin rejim dəyişikliyi üçün şərait yaradacağına ümid edirdi.

Vaşinqton rəsmiləri Tehranda ABŞ-İsrail maraqlarına tabe olan bir liderin ortaya çıxacağına əmin idilər, lakin bu baş vermədi. Əksinə, yaranan siyasi boşluğu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompromisə az maraq göstərən radikal yeni liderlər doldurur.

"Müharibə rejimi dəyişdirib, lakin müsbətə doğru yox... Biz iranlıların müharibədən əvvəl üzləşdiyindən daha pis bir reallıq yaratdıq", - İsrailin İran bölməsi üzrə hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Denni Sitrinoviç qeyd edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ