Atəşkəs əldə edildi: Ordu Sveydadan geri çəkilir


ABŞ dövlət katibi Marko Rubio son bəyanatında münaqişənin sona çatması üçün addımlar barədə razılığın əldə olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Rubionun açıqlamasından sonra Suriya ordusuna aid bəzi hərbi maşınların Sveydadan çıxarıldığı bildirilib.

Hərbi maşınlar Suveydadan geri çəkilərkən təhlükəsizlik qüvvələrinin şəhərə daxil olmağa başladığı bildirilir.

Əl-Ərəbiyyə-nin məlumatına görə, Suriya Müdafiə Nazirliyi ordunun Süveydadan çəkilməyə başladığını açıqlayıb.

Nazirlik açıqlamasında qeyri-qanuni qruplaşmalara qarşı əməliyyatların başa çatdığını və ordu hissələrinin şəhərdən çəkilməyə başladığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ