Rusiya: Danışıqların üçüncü raundu ilə bağlı Ukraynadan təklif gözləyirik


Kremlin sözçüsü Dmitri Peskov danışıqların üçüncü turunun tarixi ilə bağlı Ukraynadan təklif gözlədiklərini ifadə edib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Ukrayna ilə danışıqların üçüncü raundunun tarixinin müəyyən edilib-edilməməsi ilə bağlı sualı cavablandıran Peskov deyib: "Danışıqların tarixi ilə bağlı Ukraynadan təklif gözləyirik. Ümid edirik ki, tarix təyin olunacaq. Bu təyin olunanda sizə məlumat verəcəyik".

Peskov Rusiya və Ukrayna arasında birbaşa danışıqlar prosesi ilə bağlı ABŞ prezidenti Donald Tramp və komandasının təşəbbüslərinə önəm verdiklərini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ