Pentaqon: İranın nüvə proqramını 1-2 il geriyə saldıq


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın hava hücumları nəticəsində İranın nüvə proqramının "1 və ya 2 il geri çəkildiyinə" inandıqlarını iddia edib.

Turkustan.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Şon Parnell gündəlik mətbuat brifinqində danışıb.

İyunun 22-də ABŞ-ın hava hücumları nəticəsində İrana nə qədər ziyan dəydiyi ilə bağlı yeni təhlilin olub-olmaması ilə bağlı suala Parnell deyib ki, onlar “İranın nüvə proqramını ən azı bir-iki il geriyə saldıqlarını” düşünürlər.

Parnell İranın nüvə obyektlərinə vurduqları zərərlə bağlı mövqeyini təkrarlayaraq, hücumların onları "tamamilə məhv etdiyini" söyləyərək, "Biz yəqin ki, iki ilə yaxın olduğunu düşünürük" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ