İlon Mask narkotik testininin nəticələrini paylaşdı


Amerikalı milyarder iş adamı İlon Mask testinin nəticələrini Wall Street Journal (WSJ) və New York Times (NYT) qəzetlərinin onu narkotik aludəçisi olmaqda günahlandıran xəbərlərinə cavab olaraq paylaşıb.

Turkustan.az xəbər verir ki, 11 iyun hesabatı, həmçinin NYT-nin Maskın 2024-cü ildə "əvvəllər məlum olduğundan daha intensiv" istifadə etdiyini bildirdiyi ketamin maddəsinin mənfi olduğunu göstərdi.

Təxminən 20 milyon baxış sayına çatan paylaşımda Mask: "WSJ və New York Times-ın saxta jurnalistləri mənim haqqımda yalan danışdılar. İndi dərman testinin nəticələrinə baxaq. Yanılacaqlar" deyə, bildirib.

Yazı təxminən 208 min izləyici tərəfindən bəyənilib və altında 16 mindən çox şərh yazılıb.

Digər tərəfdən, NYT-dən Maskın yazısına verilən yazılı cavabda: "İlon Musk xəbərlərimizi bəyənmədiyi üçün hücuma davam edir. Prezidentlik kampaniyası zamanı narkotik istifadəsi ilə bağlı məqaləmiz dərc olunduqdan sonra onun dediyi və ya təqdim etdiyi heç bir şey bizim üzə çıxardıqlarımızla ziddiyyət təşkil etmir. Biz jurnalistikamızın yanındayıq" ifadələri işlədilib.

"Mən narkotik işlətmirəm! New York Times yalan danışır" deyən Mask keçən ay X-də yazıb və "bir neçə il əvvəl reseptlə ketamin qəbul etdiyini" etiraf edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ