İran raketləri İsrailin Beer-Şeva şəhərindəki Kompüter Təhlükəsizliyi İdarəsini vurub.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunub ki, zərbələr səbəbindən şəhərdəki Şimal Dəmir Yolu Vağzalı bağlanıb.
Həmçinin, azı 35 nəfərin xəsarət aldığı vurğulanıb.
Hücum nəticəsində yaşayış binalarına da ziyan dəyib, bir neçə avtomobil isə yanıb. /axar.az/