Pezeşkiandan “milli birlik” mesajı: Heç kim xalqla aramıza girə bilməz!


İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, hökumətlə xalq arasında birlik olarsa, heç bir təhlükə ölkəyə zərər verə bilməz.

Turkustan.az xəbər verir kİ, prezidentin saytının məlumatına görə, Pezeşkian kabinetin iclasında milli birlik mesajı verib.

"Xalq bizimlədirsə, heç bir problem ölkəni təhdid edə bilməz. Ona görə də milli birliyi qorumaq üçün bütün addımlar atılmalıdır", - Pezeşkian deyib.

İran prezidenti müxtəlif ölkələrə, xüsusən də qonşu ölkələrə İsrailin son hücumları zamanı göstərdikləri həmrəylik və yardım təkliflərinə görə təşəkkür edib.

Müşavirənin sonunda dövlət başçısı bütün məsul şəxslərə təhlükəsizlik və mühafizə prinsiplərinə maksimum diqqət yetirmək, aidiyyəti qurumların göstərişlərinə uyğun fəaliyyət göstərmək barədə xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ