Zelenski: Rusiya bizə memorandum yox, ultimatum verib


Ukrayna lideri Zelenski Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynaya təkliflərinin qəbuledilməz olduğunu deyən Zelenski: "İstanbul görüşləri heç bir qərarın alına bilməyəcəyi səviyyədə davam edir və bu mənasızdır. Ukrayna hər an liderlər zirvəsinə hazırdır" deyib.

Liderlər zirvəsinə qədər davam edəcək atəşkəs təklifi ilə çıxış edən Zelenski: “Biz əslində Rusiyadan memorandum almamışıq, ultimatum almışıq” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ