TASS: Türkiyə Rusiya-Ukrayna danışıqlarında iştirak etmək niyyətindədir


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyi, Türkiyənin xarici işlər naziri Hakan Fidan isə iclasa moderatorluq etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə saat 13:00-a planlaşdırılıb. Onun açılış nitqi canlı yayımlanacaq. Görüşdə MİT direktoru İbrahim Kalının da iştirak edəcəyi gözlənilir", - mənbə bildirib.

Bu görüş protokolunun üçtərəfli formata aid olub-olmadığı dəqiqləşdirilməyib. Mayın 30-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda Türkiyə və ya hər hansı digər tərəfin vasitəçiliyindən söhbət getmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ