Həmas rəsmiləri ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi Qəzzada atəşkəs və məhbus mübadiləsi ilə bağlı saziş layihəsini rədd etmədiklərini, lakin ABŞ-ın mövqeyinin “vasitəçilik”lə bir araya sığmadığını bildiriblər.
Turkustan.az xəbər verir ki, Həmas Siyasi Bürosunun üzvü Basim Naim sosial media hesabında “Biz Vitkoffun təklifini rədd etmədik” sözlərini paylaşıb.
Naim keçən həftə Vitkoff ilə bir təkliflə razılaşdıqlarını, bunu müzakirə edilə bildiklərini və qarşı tərəfdən cavab aldıqlarını bildirdi.
Naim cavabın Vitkoff ilə razılaşdırılan layihə mətnindəki maddələrin heç birinə uyğun gəlmədiyinə və Qəzzadakı Fələstin xalqının tələblərinə cavab vermədiyinə diqqət çəkib. “Lakin xalqımızın yaşadığı dəhşəti nəzərə alaraq, biz müsbət və məsuliyyətli davrandıq və minimum tələblərimizə cavab verən şəkildə cavab verdik”.
İsraildən 60 günlük müvəqqəti atəşkəsə və BMT qurumları tərəfindən kifayət qədər humanitar yardımın daxil olmasına hörmət etməsini istədiklərini ifadə edən Naim, danışıqlarda qeyd edib ki, onlar hücumların sona çatacağına və İsrail ordusunun Qəzza zolağından çəkiləcəyinə dair təminat tələb ediblər.
Aytən Yaşar/ Turkustan.az