Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqi səylərini dayandırmağı əmr edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
“Keçən həftə Ağ Evin mətbuat katibi Karoline Levitt İrana qarşı bütün yeni sanksiyaların dayandırılması barədə göstəriş verib”, - bəyanatda deyilir.
Levittin müavini Anna Kelli şərh vermək istənildikdə, "hər hansı yeni sanksiya qərarları Ağ Ev və ya müvafiq administrasiya strukturları tərəfindən elan ediləcək" deyib./publika.az