Tesla və SpaceX-in sahibi olan amerikalı iş adamı Elon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) haqsızlığa uğradığını və "günah keçisi" edildiyini söylədi.
Turkustan.az xəbər verir ki, Mask CBS kanalında yayımlanan müsahibədə: "Açığı ədalətsiz yanaşma oldu, çünki DOGE hər şeyin günahkarı sayıldı"-deyə, bildirib.
Mask hökumətin hər hansı bir ixtisar etdiyi zaman Amerika xalqının bunun üçün DOGE-ni günahlandırmağa başladığını və bunun "ədalətsiz" olduğunu müdafiə etdi.
O, həmçinin insanların hökumətin səmərəliliyini artırmaq üçün qurulan DOGE-nin onların Sosial Təminat çeklərini almasına mane olacağını düşünməsinin "tamamilə yanlış" olduğunu söyləyib.
DOGE-dəki vəzifəsindən ayrıldıqdan sonra kosmos araşdırmalarına diqqət yetirəcəyini bildirən Mask məyusluğunu Trampın ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi büdcə qanun layihəsi ilə izah edib.
“Açığını deyim ki, kəsiri azaldan deyil, artıran və DOGE komandasının gördüyü işlərə xələl gətirən kütləvi xərclər qanun layihəsi məni məyus etdi”.
"Mən daha kiçik hökumətin tərəfdarıyam, daha böyük hökumətin deyil." Mask artan ABŞ hökumətini ölkədə ağır strukturu ilə tanınan və bu məsələyə tənqidi yanaşmaları film ssenarilərində əksini tapan “Avtomobillər Departamenti”nə bənzədib.
Aytən Yaşar/ Turkustan.az