Rusiya lideri Putinlə dünənki görüşündən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Rusiya xarici işlər naziri Lavrovla görüşüb.
Turkustan.az xəbər verir ki, görüşdən sonra ikili birgə mətbuat konfransı keçirib.
Fidan Rusiya ilə Ukrayna arasında danışıqlara İstanbulda ev sahibliyi etmək əzmlərinin davam etdiyini bildirib: "Lavrovla görüşümüz müsbət keçdi. İkitərəfli münasibətləri və regional məsələləri ətraflı müzakirə etdik. Görüşümüzdə Rusiya-Ukrayna müharibəsi mühüm rol oynadı. Görüşlərə ev sahibliyi etməyə davam edəcəyimizi bildirdik. Ev sahibliyi etmək sülhün borcudur".
Lavrov isə yalnız hərbi obyektləri vurduqlarını və Ukraynanın mülki infrastrukturu hədəf aldığını iddia edərək, "ABŞ ilə Bayden dövrünə qayıtmağa ehtiyac yoxdur. İndiki administrasiya ilə normal münasibətimiz var. Birbaşa əlaqə saxlaya bilərik" deyib. Lavrov həmçinin iddia edib ki, Avropa siyasəti sülh istəmir.
Aytən Yaşar/ Turkustan.az