Zaxarovadan ŞOK AÇIQLAMA: "Bu, Ukraynanı sülhə məcbur edəcək"


“Rusiya Ukrayna ilə təmaslara hazırdır, indi hər şey Kiyevdən asılıdır”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Dəfələrlə dediyimiz kimi, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Moskva Ukrayna tərəfi ilə bu cür təmasları davam etdirməyə hazırdır. İndi növbə Kiyevdədir. Rusiya Kiyevdə sağlam düşüncənin olmasına güvənmir. Lakin ümid etmək istərdim ki, orada heç olmasa dövlətin və dövlətçiliyin qalıqlarını qorumaq instinkti üstünlük təşkil edəcək. Və bu, onları konstruktiv mövqe tutmağa məcbur qoyacaq”, – Zaxarova vurğulayıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ