Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanda yerləşən “Rus Evi”nin ləğv edilməsi ilə bağlı hazırlıq işlərinə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, MTX tərəfindən hazırlanmış plana əsasən, bəzi vəzifəli şəxslər ciddi şəkildə cəzalandırıla bilər.
Qeyd olunub ki, “Rus Evi”nin direktoru Vadim Fefilov və onun müavini Viktoriya Deripaskoya qarşı casusluq, “Moskva Evi”nin İrəvandakı direktoru Ayka Melikyana isə dövlətə xəyanət ittihamı irəli sürülməsi planlaşdırılır. /axar.az/