Ukrayna məsələsi ilə bağlı qırmızı xəttim var - Tramp


ABŞ prezidenti Donald Tramp Ukrayna sülh prosesində ABŞ-ın səyləri ilə bağlı qırmızı xəttin olduğunu deyib, lakin heç bir təfərrüat açıqlamayıb.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ı Ukrayna münaqişəsinin həlli prosesindən geri çəkilməyə məcbur edəcək qırmızı xəttin olub-olmaması ilə bağlı suala belə cavab verib: “Mənim müəyyən qırmızı xəttim var, lakin bu barədə danışmaq istəmirəm, çünki bunun danışıqları daha da çətinləşdirəcəyini düşünürəm”.

Bundan əvvəl Tramp etiraf etmişdi ki, Vaşinqton münaqişənin həlli üzrə razılığa gəlməyi mümkünsüz hesab edərsə, Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ