SON DƏQİQƏ! “Yerkrapa” terrorçuları SƏRHƏDİMİZDƏ – “Ermənistan yeni müharibəyə hazırlaşır”


Ermənistanın “Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib.

Məlumata görə, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin ərazidə keçmiş separatçıların əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələri isə Ermənistan Müdafiə Nazirliyinə aiddir.

Aydın məsələdir ki, İrəvanın bu addımları regionda sülh və sabitliyə ciddi təhdid yaradır.

Son dövrlər Azərbaycan-Ermənistan sərhədində də sakitlik hökm sürmür. Ermənistan tərəfi ara-sıra təxribatlara yol verərək, atəşkəsi pozur. Baş verənlər fonunda “Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərir.

Bu isə erməni təxribatlarının qaçılmaz olduğuna işarədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edir ki, bu addımlar Ermənistan tərəfinin növbəti təxribatlara hazırlaşdığına işarədir:

“Əslində Ermənistan “Yerkrapa” terrorçularınan yeni “Vaqner” düzəldir. Bu qrupları dövlətin iradəsindən kənar müdaxilələr üçün hazırlayırlar. Əslində isə onlar tamamilə Ermənistan dövlətilə Müdafiə Nazirliyinin birbaşa tabeçiliyində olaraq əmrlər üzrə hərəkət edirlər.

Ona görə də Ermənistan tərəfinin bu addımı şübhəsiz ki, yeni bir təxribatdır.

Ancaq məsələ ondadır ki, problem təkcə “Yerkrapa” deyil. Birinci Qarabağ savaşında Azərbaycana qarşı cinayət törədən qruplaşmalar, digər ehtiyatda olan hərbçilər və həmçinin xaricdən cəlb olunan terrorçu qruplaşmalardır”.

“Ermənistan yeni müharibəyə hazırlaşır”

Deputat bildirir ki, Yaxın Şərqdən, Livandan tutmuş harda erməni terrorçusu, erməni təəssübkeşliyindən çıxış edənlər varsa, onlar “Yerkrapa” terror qruplaşmasına cəlb edilirlər:

“Ona görə də bu terrorçuları Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla şərti sərhədə daşınması tamamilə təbiidir. Bir növ İrəvan alternativ ordu yaratmaqla Azərbaycanla münasibətdə özünü məsuliyyətdən kənarda saxlamağa çalışır. Məqsədləri isə seçki öncəsi belə addımlarla Paşinyana rəğbət yaratmaq ola bilər.

Bu addım uzunmüddətli perspektivdə Ermənistanın Azərbaycanla növbəti müharibəyə hazırlaşdığına işarədir. İrəvanın bu davranışı sülhə ziyandır. Bu həmçinin Ermənistanın özünə də ziyan vurur. Nəticə etibarı ilə növbəti müharibə baş tutarsa, Ermənistanın mövcudluğu sual altına düşə bilər”.


MANŞET XƏBƏRLƏRİ