Aİ xarici işlər nazirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib və Rusiya neftini daşıyan 200-ə yaxın tanker qara siyahıya salınıb.
Turkustan.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas X-də yazıb.
O, bu tankerlərin hansı ölkələrin bayraqlarının dalğalandığını açıqlamayıb. Onlara qoyulan məhdudiyyətlər Aİ limanlarına girişə və Avropa şirkətlərinin bu gəmilərlə hər hansı əməliyyatlarına qadağa qoyulması deməkdir.
Bundan əvvəl Aİ xarici işlər nazirlərinin görüşünə gələn kimi Kallas bildirmişdi ki, Aİ ölkələri artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyirlər.
Aytən Yaşar/ Turkustan.az