Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda Rusiya prezidenti əleyhinə təhqiramiz plakatlarla bağlı insidentləri şərh edib.
Turkustan.az xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu cür təxribatların kökündə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılmış maliyyə vəsaitlərinin dayandığını bildirib.
“İrəvandakı ABŞ səfirliyində kimsə hələ də köhnə sxemlərlə yaşayır. Görünür, USAID-dən ayrılmış pullar hələ də qalıb və bu cür layihələrə yönəldilib”, – deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində USAID-in vəsaiti ilə “heç bir yaxşı iş görülməyib” və bu təşkilat daim sabitliyi pozmağa yönəlmiş sınaqdan keçmiş sxemlər üzrə fəaliyyət göstərir. /Axar.az/