PKK silahlı qruplara görün hansı göstərişi verdi - Şifrəli mesajın detalları


Ləğv qərarını açıqlayan PKK Türkiyənin bir çox yerində bombalı və silahlı hücumlar həyata keçirən qruplara üstüörtülü göstərişlər verib.

Turkustan.az Türkiyə mediasına istinadla xəbər verir ki, terror təşkilatı şəhərlərdə özünümüdafiəni inkişaf etdirməyə çağırıb:

“Xalqımızın qadınların və gənclərin öndə olması ilə həyatın bütün sahələrində öz təşkilatlarını qurması, dili, kimliyi və mədəniyyəti ilə özünü təmin etmək əsasında təşkilatlanması, hücumlara qarşı özünümüdafiə yaratması, səfərbərlik ruhu ilə demokratik cəmiyyət qurması həyati əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, şəhər mərkəzlərində bombalı və silahlı hücumlar həyata keçirən YPS, Özünümüdafiə Birlikləri, TAK, Atəşin övladları, Vətənsevər Demokratik Gənclik Hərəkatı (YDGH) kimi təşkilat daxilində fəaliyyət göstərən qrupların ləğvi ilə bağlı açıqlama verilməyib. Əksinə, mümkün hücumlara qarşı özünümüdafiənin daha da gücləndirilməsi istənilib./publika.az


MANŞET XƏBƏRLƏRİ