Fransa Makronun Ukrayna səfəri zamanı narkotik istifadə etdiyini inkar edib


Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qatarla səfəri zamanı narkotikdən istifadə etməsi ilə bağlı iddiaları təkzib edib.

Turkustan.az xəbər verir ki, iddia ilə bağlı Fransa Prezident Yelisey Sarayının X hesabından edilən açıqlamada: "Avropanın birliyi pozulduğu zaman dezinformasiya ilə sadə salfet, dərman kimi göstərilir. Bu saxta xəbəri Fransanın xaricdə və daxildə düşmənləri yayır. Manipulyasiyalara qarşı diqqətli olun" ifadələri işlədilib.

Bildirək ki, Yelisey Sarayı qatarda masanın üzərində olan salfetin fotosunu: “Bu, burnunu üfürmək üçün salfetdir” başlığı ilə, Makron, Merz və Starmerin başqa bir şəklini isə: “Bu, sülhü inkişaf etdirmək üçün Avropa birliyidir” başlığı ilə paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ