Rusiya: 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcəyik


Rusiya Ukraynada 30 günlük atəşkəs təklifini nəzərdən keçirəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov CNN televiziya şirkətinə bildirib.

"Biz bu haqda düşünməliyik. Bu, yeni bir inkişafdır. Bizim öz mövqeyimiz var".

Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin “bir neçə gün əvvəl üç günlük atəşkəs elan edib”. "Siz Kiyevdən hər hansı reaksiya eşitmisiniz? Xeyr, biz də eşitməmişik. Cavab verə bildiyinə və ya cavab vermək istəmədiyinə görə Kiyevin tənqidini eşitmisiniz? Xeyr"-deyə, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ