Asiyadakı atəşkəslə bağlı Türkiyədən ilk şərh


ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında günlərdir davam edən qarşıdurmaların sona çatdığını qeyd edərək: “Tam atəşkəs elan etməkdən məmnunam” deyib.

Turkustan.az xəbər verir ki, Asiyada qonşu ölkələr Pakistan və Hindistan arasında günlərdir davam edən müharibədən xoş xəbər gəldi . ABŞ prezidenti Donald Tramp Pakistan və Hindistanın atəşkəs elan etdiyini açıqlayıb.

"Truth Social" hesabında mesaj paylaşan Tramp ABŞ-ın vasitəçiliyi ilə Hindistan və Pakistan arasında atəşkəs əldə olunduğunu açıqlayıb. “Mən elan etməkdən məmnunam ki, Birləşmiş Ştatlar, Hindistan və Pakistanın vasitəçiliyi ilə aparılan bir gecəlik danışıqlardan sonra tam və dərhal atəşkəs haqqında razılığa gəliblər”-deyə, Tramp mesajında ​​bildirib.

Atəşkəs qərarından sonra bir-birinin ardınca bəyanatlar gəldi. Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar: "Atəşkəs danışıqları ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən aparılıb" deyərkən, Hindistan Xarici İşlər Nazirliyi də atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib.

Türkiyənin Xarici İşlər Nazirliyinin atəşkəslə bağlı verdiyi açıqlamada bu ifadələrə yer verilib: "Pakistan və Hindistan arasında qəbul edilən atəşkəs qərarından məmnunuq. Tərəfləri birbaşa və sağlam dialoqun qurulması üçün atəşkəsin təqdim etdiyi bu fürsətdən maksimum istifadə etməyə çağırırıq. Aydındır ki, oxşar gərginliyin qarşısını alacaq dialoq mexanizmləri, o cümlədən terrorizm sahəsində mübarizənin nizama salınmasını təmin etməlidir. Cənubi Asiyada sabitlik üçün atəşkəsin yaradılmasında əməyi olan bütün ölkələrə, xüsusən də ABŞ-a təşəkkür etmək istərdik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ