Dünyanın sonunun necə olacağına dair "bomba" fərziyyə: Hamımız yanıb kül olacağıq


SpaceX və Tesla-nın baş direktoru İlon Mask bəşəriyyətin gələcəyi ilə bağlı təəccüblü xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Mask Günəşin genişlənən strukturunun Yerdəki həyatın qaçılmaz olaraq sona çatacağını və bəşəriyyətin digər planetlərə yayılmalı olduğunu bildirib.

"Günəş böyüməyə davam edir. Dünya bir gün yanıb kül olacaq" deyən Mask bu təhlükənin bəşəriyyət üçün qaçınılmaz olduğunu vurğulayıb. Mask kosmos koloniyalarının qurulmasının artıq bir seçim deyil, zərurət olduğunu və müxtəlif planetlərdə, xüsusilə Marsda məskunlaşmanın prioritet edilməsi lazım olduğunu ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ