Böyük Britaniya Ukrayna münaqişəsində birtərəfli mövqe tutub, ona görə də vasitəçi ola bilməz.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
O, bunu Böyük Britaniya hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü ilə bağlı şənliklərə dəvət etmək vədini şərh edərkən qeyd edib.
Peskov Londonun hərəkətlərinin birbaşa nasizmə dəstək olub-olmaması və Böyük Britaniyanın sülh prosesində vasitəçi olmaq imkanından özünü məhrum edib-etməməsi ilə bağlı suala cavabında deyib: "İndiyə qədər London xüsusilə vasitəçi rolunu iddia etməyib. Vasitəçi yalnız münaqişə tərəfləri ilə münasibətdə bərabər məsafəyə malik olan şəxs ola bilər. London o şəxs deyil və ola da bilməz".
Aytən Yaşar/ Turkustan.az