Hindistan və Pakistan arasında hərbi əməliyyatların başlaması Ukraynadakı münaqişənin sona çatmasını sürətləndirəcək.
Turkustan.az xəbər verir ki, bu fikri Vladimir Zelenskinin Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Düşünürəm ki, bu gün bu regionu təhdid edən savaş Ukraynada müharibə və sülh problemini düzgün həll etmək cəhdlərini sürətləndirəcək", - deyə Podolyak Ukrayna mətbuatına müsahibəsində bildirib.
Müşavir həmçinin iki ölkə arasında silahlı münaqişənin Ukraynaya əlavə diqqəti cəlb edəcəyi fikrini də ifadə edib.
Qeyd edək ki, Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam şəhəri yaxınlığında törədilən terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik kəskin şəkildə artıb. Bir qrup silahlı şəxsin turistlərə atəş açması nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub. Hücuma görə məsuliyyəti “Laşkar-e-Taiba" terror qruplaşması ilə əlaqəsi olan "Müqavimət Cəbhəsi" öz üzərinə götürüb./publika.az