Hindistan hava məkanını mayın 23-dək Pakistana məxsus və ya Pakistan tərəfindən həyata keçirilən bütün uçuşlar üçün bağladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, “India Today” qəzetinin məlumatına görə, Hindistan hökuməti Pakistan mülki və hərbi təyyarələrinin Hindistanın hava məkanından istifadəsini qadağan edən aviasiya bildirişi (NOTAM) verib.
NOTAM bildirib ki, məhdudiyyət Pakistan tərəfindən istismar edilən və ya icarəyə götürülən bütün təyyarələri əhatə edir və bu gündən mayın 23-dək qüvvədə olacaq.
Digər tərəfdən, Pakistan da aprelin 24-də hava məkanını Hindistana məxsus və ya Hindistan tərəfindən həyata keçirilən bütün uçuşlar üçün bağladığını açıqlamışdı.
Aytən Yaşar/ Turkustan.az