Tramp: Çin ABŞ-ın tariflərini qəbul edəcək


ABŞ prezidenti Donald Tramp Pekin rəhbərliyinin Çinə tətbiq etdikləri və 145 faizə yüksələn tarifləri qəbul edəcəyinə eyham vurub.

Turkustan.az xəbər verir ki, prezident Trump, vəzifəyə gəldikdən sonra ilk 100 gündə hərəkətlərini qiymətləndirmək üçün Oval Ofisdə ABC News müxbiri Terri Moranın suallarını cavablandırdı.

Moranın Çinə tətbiq edilən 145 faizlik tarifləri "embarqo" kimi təsvir etməsinə və bunun hər şeyin qiymətini qaldıracağına reaksiya verən Tramp, "Bu yaxşı bir şeydir. Onlar buna layiqdirlər" deyib.

İqtisadçıların Çindən gələn mallara tətbiq edilən tariflərə görə ABŞ vətəndaşlarının daha yüksək qiymətlər ödəyəcəyi ilə bağlı narahatlıqlarına baxmayaraq Tramp, “Çin yəqin ki, onları yeyəcək” deyərək Pekinin tarifləri qəbul edəcəyinə işarə edib.

Çinin 145%-lik tariflərə görə bundan sonra ABŞ ilə ticarət edə bilməyəcəyinə diqqət çəkən ABŞ lideri, "Bizdən ildə 1 trilyon dollar qazanırdılar. Bizi daha əvvəl heç kim soymamış kimi dolandırırdılar. Artıq bunu edə bilməzlər" deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ