Silivri Həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun ilk fotosu ortaya çıxıb. Ziyarət zamanı çəkilən fotoda İmamoğlunun ailə üzvləri də yer alıb.
Turkustan.az xəbər verir ki, fotoda İmamoğlunu həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu müşayiət edib. Fotoda İmamoğlunun anası Hava İmamoğlu və atası Həsən İmamoğlunun da olduğu görülüb.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan "terror" və "korrupsiya" istintaqı çərçivəsində martın 19-da saxlanılan Əkrəm İmamoğlu martın 23-də həbs edilib. İmamoğlu "tenderləri saxtalaşdırmaq, şəxsi məlumatların qeydə alınması, İstanbul Metropoliteni ilə bağlı terror təşkilatı istintaqının iştirakçısı kimi rüşvət almaq" ittihamları ilə həbs olunaraq Silivri Həbsxanasına aparılıb. O, həbs olunduqdan sonra Daxili İşlər Nazirliyinin qərarı ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Aytən Yaşar/ Turkustan.az