İsrailin druzları qorumaq bəhanəsi ilə Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Səhnə bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi və hücumda 1 nəfərin öldüyü bildirilib.
Turkustan.az xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, "Qısa müddət əvvəl İsrailə məxsus pilotsuz uçan aparat Sahnayə yaxınlığında təhlükəsizlik qüvvələrinin toplaşdığı ərazini bombalayıb. Bu, İsrailin bu səhərdən etibarən Sahnayə yaxınlığındakı təhlükəsizlik obyektlərinə ikinci bomba basqınıdır".
Bundan əlavə, İsrailin bombardmanı nəticəsində bir suriyalı təhlükəsizlik zabitinin həyatını itirdiyi də bəyanatda paylaşılıb.
İsrail qrupun druzlara hücuma hazırlaşdığını iddia edərək, səhər saatlarında Dəməşq yaxınlığında silahlı qruplaşmanı bombaladığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az