Şoyqu: Ukraynadakı Qərb ordusu Rusiya tərəfindən qanuni hədəf kimi görünəcək


Rusiya Qərb hərbi birləşmələrinin Ukraynada yerləşdirilməsini qətiyyən yolverilməz hesab edir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Braziliyanın paytaxtında keçirilən BRİKS ölkələrinin təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrinin iclasının 2-ci sessiyasında Rusiya Federasiyası TŞ-nin nümayəndə heyətinin təqdim etdiyi videomüraciətdə deyib.

"Xüsusən qeyd etmək istərdim ki, Qərb dövlətlərinin hərbi birləşmələrinin Ukrayna ərazisində yerləşdirilməsi Rusiya üçün qətiyyən yolverilməzdir. Onlar Rusiya Federasiyası Silahlı Qüvvələri üçün qanuni hədəflər hesab olunacaq"- deyə, Təhlükəsizlik Şurasının katibi bildirib.

Şoyqunun sözlərinə görə, Rusiya Federasiyası Ukrayna ərazisinə bəzi sülhməramlıların yeridilməsi planlarına diqqət çəkib.

"Ukraynanın qərb rayonlarının avropalılar tərəfindən işğalının bütün əlamətləri var. Amma Kiyevdə bunu inadla görmürlər və ya qəsdən hiss etməməyə çalışırlar”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ