Ukrayna: ABŞ-la nadir torpaqlar sazişi 24 saat ərzində imzalana bilər


Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkəsi ilə ABŞ arasında nadir metallar sazişinin 24 saat ərzində imzalanması gözlənilir.

Turkustan.az xəbər verir ki, Ukraynanın 1+1 telekanalında canlı yayımda çıxış edən Şmiqal ABŞ və Ukrayna arasında imzalanması gözlənilən nadir torpaq elementləri sazişinə hazırlıq prosesini dəyərləndirib .

Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Yuliya Sviridenkonun məsələ ilə bağlı danışıqlar aparmaq üçün ABŞ- a getdiyini qeyd edən Şmiqal: "Amerikalı həmkarlarımızla artıq yekun təfərrüatları yekunlaşdırırıq. Bütün yekun detallar yekunlaşdıqda, inşallah, yaxın gələcəkdə, yaxın 24 saat ərzində müqavilə imzalanacaq və biz ilk addımı atacağıq" deyib.

“Sazişin imzalanmasından əvvəl Ukraynaya verilən hər hansı borc və ya yardım bu müqavilənin mövzusu deyil”, - Şmiqal bildirib.
Ukraynanın baş naziri həmçinin qeyd edib ki, ABŞ-la imzalanması gözlənilən sazişdə Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına zidd olan maddələr yoxdur.

Sözügedən razılaşmaya əsasən Ukrayna üçün “İnvestisiya Fondu”nun yaradılacağını xatırladan nazir daha sonra bu çərçivədə daha iki texniki müqavilənin imzalanmasının lazım olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ