Ukrayna çərşənbə günü kimi ABŞ-la təbii sərvətlərə dair saziş imzalamağa hazırdır. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, saziş çərçivəsində iki ölkə “Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına” şərait yaratmağa çalışacaq.
Bundan əlavə, agentliyin yazdığı kimi, saziş: “Ukraynanın uzunmüddətli yenidən qurulması və modernləşdirilməsi üçün tərəflər arasında strateji tərəfdaşlığı gücləndirəcək”. Birləşmiş Ştatlar həmçinin razılaşdı ki, yalnız saziş imzalandıqdan sonra Ukraynaya göstərə biləcəyi gələcək hərbi yardım onun investisiya fonduna töhfəsinə hesablanacaq. Bu fondun fəaliyyət mexanizmlərini müəyyən edəcək iki əlavə texniki saziş hələ hazırlanmayıb. Qeyd olunur ki, Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko sazişi imzalamaq üçün Vaşinqtona gedir.
Bildirək ki, Ukrayna və ABŞ aprelin 17-də mineral ehtiyatlar üzrə gələcək sazişin bir hissəsi kimi memorandum imzalayıblar. Memorandum tərəflərin investisiya fondu yaratmaq niyyətini qeyd edir.
Aytən Yaşar/ Turkustan.az