PKK özünü məhv edəcək? Qurumun meneceri adlanan şəxsdən açıqlama


PKK lideri Mustafa Karasu , MHP sədri Dövlət Baxçalının açıqlaması ilə başlayan və terror lideri Abdullah Öcalanın təşkilata "silahları yerə qoy" və "özünü dağıt" çağırışı ilə sürət qazanan "Terrorsuz Türkiyə" prosesi ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, İnsanlar terror təşkilatı PKK-nın nə vaxt dağılacağı ilə maraqlanarkən, terror təşkilatı KCK-nın sözdə lideri Mustafa Karasudan mövzu ilə bağlı açıqlama gəlib. Terrorçu Karasu qatıldığı proqramda terror lideri Öcalanın çağırışına toxunaraq, "Çağırış yeni bir mərhələdir. Yaxın Şərqin demokratikləşmə prosesinə girməsi Türkiyənin problemlərinin demokratik transformasiya əsasında həlli baxımından bir dönüş nöqtəsidir" deyib.

Terror lideri Öcalanın silahı yerə qoyma çağırışından sonra lazım olanı edəcəklərini söyləyən terrorçu Karasu: "Bu cəhdə cavab verəcəyik. Biz həmişə rəhbərliyin səyinə cavab vermişik və bundan sonra da onun ideolojisi istiqamətində siyasi olaraq davam edəcəyik" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ