Ərdoğanın Özələ hiddətli çağırışı: Qaranlıq işlərinizi xalqa izah edin!


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Melonun dəvəti ilə Türkiyə-İtaliya IV Hökumətlərarası Zirvə toplantısında iştirak edib.

Turkustan.az xəbər verir ki, vətənə qayıdan prezident Ərdoğan təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb və bir çox mövzuda qiymətləndirmələr edib.

Ekrem İmamoğlunun 12 oktyabr 2024-cü il tarixində Leventdə bir oteldə keçirdiyi görüşdən əvvəl kameraların lentə alınması ilə bağlı qiymətləndirmələr edən Ərdoğan: "Onlar hesab verməlidirlər ki, o çamadanlarla nə gətirib, aparıblar. Amma bunu etmirlər, edə bilməzlər. Panikaya düşürlər. Bu prosesdə bütün iddialar məhkəməyə verilib. Yadınızdadırsa, keçmişdə o fotoları dərc edən qəzetlər də çaşqın olardı. Biabırçı siyasətin mərkəzi olan CHP kasetlərin arxasında nə gizlətdiklərini, hansı qaranlıq işlərlə məşğul olduqlarını millətə izah etməlidirlər. Bundan başqa, məsələnin təhlükəsizlik problemi olmadığı açıq şəkildə ortaya çıxmışdı”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ