Ərdoğan: İlk fürsətdə Trampla üz-üzə görüşəcəyik


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya səfərindən qayıdarkən aralarında Habertürk TV-dən Sena Alkan da daxil olmaqla jurnalistlərin aktual hadisələr və xarici siyasətlə bağlı suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan bunları bildirib: "PKK terroru ilə bağlı Türkiyə sona çatdı?" sualına “Terror təşkilatı çağırışı yerinə yetirməlidir” cavabını verib. İsrailin Suriya ərazisinə hücumlarından danışan prezident Ərdoğan, Suriyadakı ən böyük riskin terror təşkilatları olduğunu vurğulayaraq: "Biz Suriyanın qurulması və dirçəldilməsi üçün çoxlu addımların atılması lazım olduğuna inanan bir ölkəyik. Qonşumuz Suriyanı yeni bir qeyri-sabitlik bataqlığına sürükləyəcək hər cür cəhdə münasibətimizi müxtəlif formalarda göstərəcəyik" deyib.

ABŞ-Türkiyə münasibətlərindən də danışan prezident: "İlk fürsətdə Trampla üz-üzə görüşəcəyik. Telefon danışığımız çox səmimi, məhsuldar və dostcasına keçdi. İki ölkə arasındakı əlaqələr köklü və dərindir"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ