“Gözlənilən İstanbul zəlzələsi yoldadır”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün İstanbulda baş verən güclü zəlzələ ilə bağlı açıqlamasında deyib.
“Dövlət qurumlarımız, millətimiz, hamımız hazır olmalıyıq və mümkün zəlzələyə ən az itki ilə qalib gəlməliyik” – deyə Kurtulmuş vurğulayıb.
Qeyd edək ki, bu gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.
Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk edərək parklara üz tutublar./Bizim.Media