Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa hədiyyə göndərib.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff martın 13-də prezident Vladimir Putinlə görüşü ilə bağlı təfərrüatlardan danışarkən deyib.
“Putin məşhur rus rəssamına Trampın gözəl portretini sifariş edib. Məndən bunu prezidentə çatdırmağımı xahiş etdi. Artıq bu tapşırıq yerinə yetirilib”, – deyə Uitkoff bildirib.
Rusiya lideri həmçinin xüsusi nümayəndəyə Trampa sui-qəsd cəhdindən sonra necə narahat olduğunu izah edib:
“O, mənə bir hekayə danışdı. Sui-qəsd məsələsindən sonra Putin yerli kilsəyə gedib və Tramp ABŞ prezidenti olacağı üçün deyil, onunla dostluq etdiyinə görə, dua edib”./Globalinfo.az