Əsəd rejiminin işgəncə verən zabiti Dəməşqdə saxlanıldı


Suriyada devrilmiş Bəşər Əsəd rejiminin işgəncə mərkəzlərinin Fələstin Şöbəsinin dindirmə bölmələrindən olan polkovnik saxlanılıb.

Turkustan.az xəbər verir ki, Suriyada təhlükəsizlik qüvvələri devrilmiş rejimin hərbi cinayətkarlarına qarşı əməliyyatları davam etdirir.

Məlumata görə, Əsəd rejiminin işgəncə mərkəzlərindən biri olan Fələstin Şöbəsinin sorğu-sual bölməsinin rəislərindən biri, işgəncə və qırğınları ilə tanınan polkovnik Keref paytaxt Dəməşqdə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ