Ronaldo Ermənistanda dubl etdi, Messini keçdi


Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə Argentina millisinin hücumçusu Lionel Messini keçib.

Turkustan.az xəbər verir ki, şənbə günü İrəvanda Portuqaliya Ermənistanı 5:0 hesabı ilə məğlub edib. “Əl-Nəsr”in 40 yaşlı hücumçusu Ronaldo dubl edib.

Ronaldo seçmə mərhələdə 38, Messi isə 36 qol vurub. Rekordçu 39 qolla keçmiş qvatemalalı Karlos Ruizdir.

Ronaldo millinin heyətində ümumilikdə 140 qol vurub. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ