İstanbulda gərginlik – Mitinqlər qadağan EDİLDİ


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti rəhbərlik təyin edilməsinə qarşı etirazlar fonunda şəhərdə siyasi gərginlik yaranıb.

Turkustan.az xəbər verir ki, CHP-nin Gənclər Təşkilatının çağırışı ilə partiya üzvləri partiya binası önündə toplaşıblar.

Lakin İstanbul Valiliyi 7–10 sentyabr tarixlərində şəhərin altı rayonunda bütün toplantı və aksiyaları qadağan edib. Qərara əsasən, yürüşlər, çadır qurmaq, imza kampaniyaları, oturaq aksiyaları və anma mərasimləri qadağan edilib.

Vali Davut Gül açıqlamasında məhkəmənin qərarını xatırladaraq yeni təyin olunan rəhbərliyin fəaliyyətinə mane olunmasının “cinayət məsuliyyət” doğuracağını bildirib. O, sosial şəbəkədəki paylaşımında “qanunsuz toplantı və çağırışların cinayət sayıldığını” vurğulayıb. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ