Bu gün “Qarabağ”ın rəqibi özüdür! - Ekspert


“Ferentsvaroş" yetərincə güclü rəqibdir. İlk oyundakı nəticə bizi aldatmamalıdır. Qurban Qurbanov mətbuat konfransında bildirib ki, hər kəs turu keçəcəyimizi düşünsə də, hələ heç nə həll olunmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abışov “Qarabağ”ın cavab matçı ilə bağlı danışarkən deyib.

“3:1 hesablı qələbə bizə iki top üstünlüyü verib. Amma gəlin razılaşaq ki, "Ferentsvaroş" hər an fərqlənə biləcək rəqibdir. Müdafiədə ani boşluqlar vermək bizim üçün ciddi fəsadlara yol aça bilər. Sözsüz ki, Qurban Qurbanov bunları nəzərə alıb. “Qarabağ”ın axşamkı oyunda rəqibi "Ferentsvaroş" yox, özüdür. Deməli, oyunçular meydanda məsuliyyətli olmalı, arxayınçılığa qapılmamalı və Budapeştdə olduğu kimi nizamlı çıxış etməlidirlər. Necə ki, ötən gecə Qazaxıstanın “Kayrat” klubu ÇL-də mərhələ adlayaraq Türk dünyasına sevinc yaşatdı, bu gün də “Qarabağ”ın həmin uğurun davamını gətirməsi gözlənilir”, - ekspert bildirib.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.


MANŞET XƏBƏRLƏRİ