ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsinin tətbiqinə hazır olduğunu təsdiqləyib.
Turkustan.az xəbər verir ki, jurnalistlərin Moskvaya qarşı məhdudiyyətlərin ikinci mərhələsinə start verilib-verilməyəcəyi ilə bağlı sualına Tramp qısa şəkildə “bəli” cavabını verib.
CNN daha əvvəl yazmışdı ki, ABŞ lideri yeni sanksiyaların Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara mənfi təsir göstərə biləcəyindən ehtiyat edir. Bununla yanaşı, Trampın daha sərt tədbirlər tələb edən müttəfiqlərin təzyiqi altında olduğu qeyd olunmuşdu. /globalinfo.az/