Rusiya Ukraynanı məğlub etmək üçün iraqlıları da orduya cəlb edib.
Turkustan.az xəbər verir ki, İraq parlamentinin Xarici Əlaqələr Komitəsi bildirib ki, İraq vətəndaşları Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüşür.
“2022-ci ildən bəri 5000-dən çox iraqlı gənc Rusiyada döyüşçü kimi orduya cəlb olunub. Onlar ölkəni müharibədə iştirak etmək üçün müxtəlif vasitələrlə tərk edirlər. İraqlılar ölkədəki işsizlikdən bezdikləri üçün əmək haqqı, torpaq sahələri və Rusiya vətəndaşlığı kimi maddi stimullara aldanırlar”, – “Shafaq News” yazıb.
Xarici Əlaqələr Komitəsinin üzvü Muxtar əl-Musəvi müharibədə iştirak edən iraqlılara qarşı təqiblərin başlanmasına İraq Xarici İşlər Nazirliyinin, eləcə də İraqın Moskvadakı səfirliyinin müdaxiləsinin zəruri olduğunu deyib. /Globalinfo.az/