Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə insanlardan gizli SAXLANILIB? – VİDEO


Ötən əsrin 50-ci illərində Cəlilabadın Ağdaş kəndində 100 metr radiusunda ərazini bürüyən neft fontanı bölgənin elmi surətdə araşdırılmasına səbəb oldu. Müxtəlif geoloq və neftçi heyətlərinin kəndə ayaq açması ilə hətta kənd yollarının abadlaşdırılmasına başlanılır. Yerli sakinlər isə neftin sayəsində buradakı həyatın dəyişəcəyini düşünürlər. Ərazidə hündür neft qülləsi inşa edilir, aparılan işlər gizli saxlanılır.

Amma hər kəs tezliklə Ağdaşın neft kəndi kimi tanınacağına inanır.

Hətta kəndin gənc məzunlarının böyük bir qrupu təhsil istiqamətini dəyişərək, neft sahəsinə yönəlirlər.

2500 metr dərinliyində olması gözlənilən quyu isə 800 metrə çatanda qəfildən fontan vurur.

Hazırda üzəri bağlanmış quyulardan birinin üzərindəki beton örtükdə geoloq Koşmanın cızdığı qeydlər hələ də qalmaqdadır.

Bu qeydlər bizi ötən əsrin 50-ci illərinə aparır...

Kənd sakini İslam Vəliyev Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyir ki, burada geoloji kəşfiyyat işləri çərçivəsində 3 müxtəlif quyu qazılıb. Amma qazma işləri yekunlaşan ərəfədə bədbəxt hadisə baş verir və işlər dayandırılır”.

Digər sakin Əli Nəhmədov isə buradan topladıqları mazutun kənd camaatı üçün çox faydalı olduğunu deyir:

“Hətta uzaq rayonlardan belə maldarlıqda istifadə üçün bu ərazidən neft aparılır. Neftdən həmçinin sümük-oynaq xəstəliklərinin müalicəsində istifadə edilir”.

Ağdaş kənd sakinlərinin ən böyük arzuları nə vaxtsa ərazidə neft sənayesinin yaranmasıdır.

Kənddə yaşayan sakinlərin qonaqlara göstərdikləri bu ərazi isə hazırda onların açıq səma altındakı kənd muzeyidir. Bu ərazi həm də neft tariximizin kiçik bir parçası kimi kəndlilər tərəfindən qorunub saxlanılır. Amma bu quyu ilə bağlı müəmma və həqiqətlərin hansı arxivlərdə yatdığını hələ də bilən yoxdur...


MANŞET XƏBƏRLƏRİ